Новости

новости

Magen David International Center for Women və Maestro School & Maestro Studio arasında memorandum imzalanıb.

A+
A-

Magen David International Center for Women və Maestro School & Maestro Studio arasında memorandum imzalanıb.


Gənc qadınların, ümumiyyətlə qadınların qeyri -formal təhsilinə, gələcək və insan kapitalınının inkişafında qadınların rolunun artırılmasına önəm verən Magen David International Center for Women “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində COP29-a və digər fəaliyyət istiqamətlərinə həsr olunmuş yenilikləri davam etdirir. Ölkədə qadın həkimlər, hüquqşünaslar, müəllimlər, sahibkarlar və ictimai – sosial həyatda, həmçinin İKT sahəsində və digər sahələrdə fəal olan qadınlar arasında beynəlxalq resursları birləşdirərək, müxtəlif fəaliyyətləri təşviq edən, “Magen David Azərbaycan”nın nəzdində fəaliyyət göstərən Magen David International Center for Women və Azərbaycanda uşaq, yeniyetmə və böyüklər üçün proqramlaşdırma üzrə peşəkar özəl təhsil müəssisələrindən olan Maestro School & Maestro Studio arasında 15 aprel 2024-ci il tarixində birgə əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumun şərtlərinə, əsasən, informasiya texnologiyaları, kompüter elmləri, kibertəhlükəsizlik, qadın bizneslərinin rəqəmsallaşdırılması və COP29-un iqlim dəyişikliyinin azaldılmasına və yaşıl təcrübələrin təbliğinə yönəlmiş qlobal təşəbbüslərin təşviqində, ekoloji proseslərdə qadınların və gənclərin rolunun artırılmasında proqramlaşdırma təhsilinin əhəmiyyəti, qadınların iştirakı, korporativ məsuliyyət kimi bir neçə istiqamətdə əməkdaşlıq edəcəklər. Bu istiqamətlər arasında gənc qadınların, proqramlaşdırma və biznes üzrə təhsil keyfiyyətinin və peşə fəaliyyətinin yaxşılaşdırılması, müxtəlif istiqamətlərdə bilik mübadiləsi sessiyalarının keçirilməsi, yerli və beynəlxalq təcrübənin artırılması ilə bağlı olan tədbirlərin həyata keçirilməsi və bu kimi digər birgə fəaliyyətlər mövcuddur. Memorandumu Magen David İnternational Center for Women direktoru Aygün Əhmədova və Maestro School-un direktoru Leyla Səfərli, Maestro Studio-nun direktoru Mədinə Paşayeva imzalayıblar.

"Привет мир!" время кодить!

Выключите свет
Контакт : +994513002233 [email protected]

Адрес: ул. Центральный бульвар, 4, Баку, Азербайджан

Maestro Company

© Все права защищены • 2023 Maestro School LLC