Hər bir valideyn övladının gələcəkdə rahat və uğur dolu bir həyat yaşamasını istəyir. Onların əksəriyyəti uşaqlarını gənc yaşdan idmana, pianoya və ya digər başqa bir fəaliyyətə göndərir. Biz inanırıq ki, valideynlərin böyük bir hissəsi övladlarının gələcəyini düşünərkən onları az yaşlarından proqramlaşdırma kurslarına göndərməyi düşünmürlər belə.
Bəs bu, düzgün yanaşmadır? Uşaqlar üçün proqramlaşdırmanın hansı faydaları var? Proqramlaşdırma öyrənən uşaqlar hansı bacarıqları ilə digərlərini qabaqlaya bilərlər?
Bütün bu suallara bu bloq yazımızda cavab tapacaqsınız.
Proqramlaşdırma və ya IT günümüzün və gələcəyimizin sahəsidir. Son 10 il ərzində ən çox işçiyə ehtiyac duyan sektorlardan biri (və ən sürətlə böyüyəni) məhz IT sektoru idi. Bu sektor həm gəlirlilik, həm də iş tapma rahatlığı baxımından ən perspektivli sahələrdəndir.
Həmçinin də, son dövrlərdə durğunlaşırmış kimi görünsə də, suni intellekt və böyüyən rəqəmsallaşma fəaliyyətləri nəticəsində IT peşəkarlarına tələb getdikcə daha da çoxalır.
Əlavə olaraq da, beynəlxalq bazarda bir çox işlərdə artıq proqramlaşdırma bilikləri tələb olunmağa başlayır. Azərbaycanın da bir neçə il gecikmə ilə beynəlxalq iş mühitində baş verən dəyişiklikləri izlədiyini nəzərə aldıqda, rahatlıqla deyə bilərik ki, növbəti 10 il ərzində ölkəmizdə də proqramlaşdırma bilikləri daha çox tələb ediləcək.
Bütün bunları nəzərə aldıqda, uşaqlar üçün IT öyrənməyin önəmi daha da aydın olur.
Ancaq, IT öyrənməyin uşaqlar üçün bəzi, ilk baxışdan aşkar olmayan üstünlükləri də var. Onlar isə aşağıdakı kimidir:
Proqramlaşdırma öyrənmək uşaqlara müstəsna problem həll etmə və həll yoluna fokuslanma bacarıqları qazandırır. IT sektoru birbaşa olaraq problemlərin aşkarlanması, həll yollarının düşünülməsi, ən optimal həll yolunun tapılması və tətbiq edilməsi ilə bağlı olduğu üçün, sahənin peşəkarlarının problem həll etmə bacarıqları yüksək dərəcədə inkişaf edir.
Proqramlaşdırma sahəsində uşaqlar mütəmadi olaraq yeni problemlərlə qarşılaşırlar və onları daha kiçik, idarə edə biləcəkləri hissələrə bölməyə məcbur olurlar. Daha sonra bu hissələri bir-bir həll edir və həll yollarını optimallaşdırırlar. Beləliklə də, uşaqlar problemlərə necə yanaşmalı olduqlarını öyrənirlər və gələcəkdə stressli mühitə düşdükdə belə rahatlıqla vəziyyəti idarə edə bilirlər.
IT öyrənən uşaqlar da qısa müddətdə yaşıdlarından fərqlənməyə başlayırlar. Onlar deyilənləri daha tez qavrayır, qarşılarındakı məqsədə çatmaq üçün öz həll yollarını aydınlaşdırır və təkbaşlarına onları tətbiq edə bilirlər.
Bu səbəbdən də, IT bilikli uşaqlar azad düşüncəli, lider olurlar.
Proqramlaşdırmada səliqəsiz işləmək itirilən saatlar deməkdir. Səliqəli işləməyi bacarmayan şəxslər hər dəfəsində saatlarını boşa sərf edəcəklər. Buna görə də, bu sektorda çalışmağa başlayan və proqramlaşdırma öyrənən şəxslər tezliklə həm iş, həm də şəxsi həyatlarında səliqə-səhmana əməl etməyi öyrənirlər.
IT sektorunda GitHub və digər platformalar üzərindən işi sadələşdirmək və təkmilləşdirmək üçün demək olar hər gün yeni metod və ya həll yolu təklif edilir. Sadəcə görülən işləri təyin etmək, sıralamaq və səliqəli şəkildə göstərmək üzərində qurulmuş Jira və ona bənzər yüzlərlə proqram mövcuddur. Sektora daxil olan uşaqlar da tədricən bu dünya ilə tanış olur və anlayırlar ki, səliqə olmadan bütün bu işləri idarə etmək mümkün olmayacaq. Bununla da, yavaş-yavaş həm gündəlik həyatlarında, həm də dərs zamanı səliqəli olmağı öyrənirlər.
Səliqə həm də disiplin, inadkarlıq deməkdir. Kodlamanı öyrənən uşaqlar məqsədli inadkarlığı öyrənirlər, əzmli çalışmanı mənimsəyirlər və problem həll etmənin məntiqini mənimsəyirlər.
Aydındır ki, disiplinli, səliqəli, inadkar uşaqlar isə gələcəkdə uğurlu insanlara çevrilirlər.
Kreativlik. Bundan 50 il əvvəl də lazım idi, bundan 150 sonra da lazım olacaq. Kreativliyə sahib olan insan hər bir mühitdə imkanı görə və onu dəyərləndirə bilər. Həmçinin də, hər bir uşağın sağlam şəkildə inkişaf etməsi üçün müəyyən dərəcədə kreativliyi olmalıdır.
Bir çoxları proqramlaşdırmanı məntiqi və riyazi fənnlərlə əlaqələndirsə də, əslində ən kreativ sahələrdən biridir. IT ilə məşğul olan şəxs hər gün yüzlərlə müxtəlif problemlə qarşılaşır və hər birinə fərqli bir həll yolu fikirləşməli olur. Bütün həll yolları kompüter ekranına köçürülmədən öncə insanların beynində hazırlanır ki, bu da kifayət qədər yaradıcılıq tələb edir.
Kreativ mühitdə böyüyən və aktiv şəkildə yaradıcılıq qabiliyyətini istifadə edən uşaqlar isə gələcəkdə özlərinə imkanlar yaradırlar.
Əgər siz də övladınızın gələcəkdə problem həll edə bilən, səliqəli, disiplinli və kreativ bir şəxs olmasını istəyirsinizsə, onların IT təhsilinə göndərə bilərsiniz.
Düzgün IT təhsili üçün isə, illərdir uşaqların IT təhsili sahəsində ixtisaslaşan Maestroschool-a etibar edə bilərsiniz.
“Salam, dünya!” kodlaşdırma zamanıdır!
Maestro Company