Yeniliklər

media

Maestro School-un gənc tələbələri STEM Olimpiadasında dünya üzrə top 3-lükdə yer aldıqları üçün “MAG” verilişinə dəvət olundular.

A+
A-

11 fevral  2024 -cü il tarixində STEM olimpiadasının onlayn mərhələsində bütün dünya üzrə 9000-dən çox məktəbli iştirak etmişdir. Azərbaycanlı məktəblilər olimpiadanın keçirilmə tarixində ilk dəfədir ilk 2 və 3-cü yerə çıxa biliblər.

Maestro Schoolun-un parlaq və istedadlı şagirdləri beynəlxalq STEM Olimpiadasında diqqətəlayiq uğurlar qazandılar. Bu tələbələr  #texnologiya və #kodlaşdırma sahələrində yüksək göstəricilər əldə edərək uğurları ilə dünyaya səs saldılar. Bunlar Maestro School-un 8-ci sinif şagirdi Nəcəf Cəfərli, 9-cu sinif şagirdi Mirrəhim Mirvəlişli və 10-cu sinif şagirdi Səid Hüseynlidir.  

Nəcəf və Mirrəhim #MaestroSchool-da proqramlaşdırma üzrə 1 ilə yaxın, Səid isə 2 ildir ki, tədris alır. Ümumilikdə, Maestro School-un tələbələri aşağıdakı nəticələri göstərmişdilər:

qızıl medal - 7 nəfər

gümüş medal - 16 nəfər

Bürünc medal - 26 nəfər

Fərqlənmə - 47 nəfər.

 

Tələbələrimiz MAG  auditoriyası ilə Maestro School-un STEM sahəsində təhsil və təlimə yanaşması ilə istedadlı gəncləri necə həvəsləndirdiyini və dəstəklədiyini, bu tələbələrin uğurlarının hekayəsini və gələcək hədəflərini bölüşdülər. 

 

 

“Salam, dünya!” kodlaşdırma zamanıdır!

İşıqları söndür
Əlaqə: +994513002233 [email protected]

Mərkəzi Bulvar küç., 4, Bakı, Azərbaycan

Maestro Company

© Bütün hüquqlar qorunur • 2023 Maestro School LLC