Terminologiyada proqramçı Python, C#, C++, Java və ya digər başqa bir proqramlaşdırma dilində proqram təminatı hazırlayan şəxsə deyilir.
Bu sahə ilə məşğul olan birindən “Proqramçı kimdir” deyə soruşanda isə, təxmini belə bir cavab alacaqsınız:
Proqramçı ideaları reallığa çevirən şəxsdir. Onlar məntiqi, riyazi yanaşma ilə mərhələli şəkildə ideyaları kodlardan ibarət, real dünyada tətbiq edilə biləcək vasitələrə çevirirlər.
Bir çoxları düşünür ki, proqramçılar sakit, özlərinə qapanıq və səssiz insanlardılar.
Reallıq isə bundan tamam fərqlidir.
Bu yazımızda sizə proqramlaşdırmanın uşaqların psixologiyasına necə təsir etdiyindən bəhs edəcəyik.
Amerikan Psixologiya İnstitunun paylaşdığı araşdırmaya əsasən, proqramlaşdırma öyrənən uşaqlarda beyin inkişafı daha sürətli olur. Onlar kreativ düşüncə, riyazi analiz və ətraf mühiti qavrama bacarıqları tələb edən situasiyalarda yaşıdlarına nisbətən daha yaxşı performans göstərirlər.
Eyni zamanda, əşyaları xəyal etmə və nəticə çıxarma bacarıqlarının da yaşıdlarından daha çox inkişaf etdiyi görülür. Ancaq, əksəriyyətin düşündüyünün əksinə, proqramlaşdırma öyrənmək məktəb dərslərində və akademik təhsildə elə də ciddi fərq yaratmır.
Proqramlaşdırma daha çox praktiki və problem həll etmə kimi real dünyada ortaya çıxa biləcək problemləri həll etmək üçün nəzərdə tutulub və əzbərə fokuslu olan dərslərdə real üstünlük vəd etmir.
Ancaq, proqramlaşdırmanın daxilindəki hissələrlə uşaqların gələcəkdə qarşılaşa biləcəkləri problem arasında sıx bir əlaqə var.
Proqramlaşdırma sahəsində pentestinq və ya “penetration testing” kimi də tanınan bu termin proqramın real istifadədə stressə nə qədər dözümlü olduğunu ölçmək üçündür. Pentesting zamanı resurslar suni şəkildə yüklənilir və real istifadədə problemlə qarşılaşmamaq üçün atılmalı addımlar və tələb edilən resurslar əvvəlcədən müəyyənləşdirilir.
Hər bir proqramdan normal istifadə zamanı gözlənilməyən problemlər ortaya çıxa bilər və ya bəzi insanlar qəsdən proqramın normal fəaliyyətinə zərər vermək istəyə bilərlər. Real həyatda insanlar da belədir. Onlarla daimi ünsiyyətdə olduqda istəyərək və ya istəmədən bizə mənfi təsir göstərə bilirlər.
Proqramçılar pentestinq vasitəsilə proqramların zəifliklərini, potensial problemləri və stressə dözümlülüklərini yoxlayırlar. Daha sonra isə ortaya çıxan nəticələrə uyğun həll yolları tapırlar.
Eynilə uşaqlar da həyatlarında stress dolu günlər keçirə bilərlər. Onlar pentestinqin əsas prinsiplərinə əməl edərək həyatlarında stressi minimuma endirə və gələcəkdə onlara zərərli ola biləcək insanlara və fəaliyyətlərə qarşı daha ehtiyatlı davrana bilərlər.
“Debugging” sistematik olaraq problemlərin araşdırılması və onların mərhələləri şəkildə aradan qaldırılmasıdır.
Proqram hazırlayarkən hər zaman müəyyən problemlər ortaya çıxır. Bu problemləri həll etmək üçün isə problemin kökünə enmək, problemi ortaya çıxaran problemləri aradan qaldırmaq lazımdır.
İstənilən debugging prosesi aşağıdakı kimi gedir:
Real həyatda problemlərlə qarşılaşdıqda da bu proses problemləri həll etmədə olduqca faydalıdır. Proqramlaşdırma öyrənən uşaqlar gündəlik şəkildə problemlərlə üzləşdiyi üçün real dünyadakı problemləri həll edərkən onları daha rahat həll edə bilirlər.
Unit testing proqramlaşdırma zamanı yazılan proqramın keyfiyyətini ölçmək üçün hazırlanan testlərdir. Bu testləri hazırlamaq vaxt və xüsusi diqqət tələb edir.
Unit testing-in prinsipləri isə bunlardır:
Gördüyünüz kimi, bütün bu prinsiplər gələcəkdə öz menecment sistemini qurmaq istəyən insanlar üçün gərəklidir. IT öyrənmək uşaqlara menecmentin prinsiplərini və qərarvermə üçün lazım olan bacarıqları qatır.
Code review anlayışı daha təcrübəli şəxslərin yazılan kodu yoxlaması prosesinə deyilir. Yəni sektorda uzun müddət təcrübəsi olan insanlar ən çox edilən səhvləri rahatlıqla görə bilir və problemlər ortaya çıxmadan onların qarşısını almağa imkan verir.
Code review prinsipini öyrənən uşaqlar gələcəkdə çətin problemlərlə qarşılaşdıqda daha rahat şəkildə başqalarından məsləhət ala biləcəklər.
Qısaca onu deyə bilərik ki, IT öyrənmək uşaqlara gələcəkdə iş tapmaq imkanlarından daha çoxunu vəd edir. Uşaqlar həm öyrənir, həm də psixoloji cəhətdən inkişaf edirlər. Övladınızın gələcəkdə daha uğurlu bir şəxs olmasını istəyirsinizsə, siz də Maestroschool-a etibar edə bilərsiniz.
“Salam, dünya!” kodlaşdırma zamanıdır!
Maestro Company