News

media

Proqramlaşdırma məktəbi gəncləri keyfiyyətli informasiya texnologiyaları təhsili ilə təmin edir

A+
A-

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) üzvü Mədinə Paşayevanın təsisçisi olduğu "Maestro School" proqramlaşdırma məktəbinin açılışı olub.

AQSİA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası İdarə Heyətinin sədri Səkinə Babayeva, AQSİA üzvləri, Milli Məclisin deputatı Etibar Əliyev, təhsil eksperti Kamran Əsədov, 45 saylı məktəbin direktoru Nəcibə Axundova, KOBİA təmsilçiləri və digər ziyalılar, ictimai xadimlər, valideyn və şagirdlər iştirak ediblər.

Assosiasiyanın rəhbəri S.Babayeva çıxışında qeyd edib ki, bir vaxtlar ailələr, atalar qızlarını müəllim görmək istəyirdilər: "Amma bu gün qızlarımız sadəcə müəllim olaraq təhsil vermir. Həm də təhsil sahəsində sahibkar kimi özlərini təsdiq edirlər. Assosiasiyamızın yaratdığı bu ənənəni üzvlərimiz olan gənc xanımlar uğurla davam etdirirlər". Digər iştirakçılar da çıxış edərək Mədinə Paşayevaya uğurlar arzulayıblar.

Qeyd edək ki, "Maestro School"un yaradılmasında məqsəd məktəbliləri, gəncləri keyfiyyətli informasiya texnologiyaları təhsili ilə təmin etməkdir. Məktəbin əsas istiqaməti full stack proqramçıların formalaşmasına yönəlib. İnformasiya texnologiyaları sahəsinə aid aktual biliklər, kompleks təlim proqramları, müəllimlər və effektiv tədris metodikası “Maestro School”un əsas üstün cəhətlərini təşkil edir.

Mərkəzdə Robototexnika, IT Start, Oyun tərtibatçısı, Minecraft, VR/AR tətbiqlərin tərtibatçısı, Mobil tətbiqlərin tərtibatçısı, “Wix, Scratch”, “UI& UX Dizayn”, Programming uşaqlar üçün, Programming yeniyetmələr üçün, Kiber təhlükəsizlik, “Data Science” proqramları tədris olunacaq.

"Maestro School"un missiyası gənc nəslin dünyaya innovasiyalar gətirməsi üçün onların bilik və bacarıqlarını inkişaf etdirməsinə təkan verməkdir.

"Hello, world!" it`s time to code!

Turn off the lights
Contact: +994513002233 [email protected]

Central Bulvar str., 4, Baku, Azerbaijan

Maestro Company

© All rights recerved • 2023 Maestro School LLC