11 fevral 2024 -cü il tarixində STEM olimpiadasının onlayn mərhələsində bütün dünya üzrə 9000-dən çox məktəbli iştirak etmişdir. Azərbaycanlı məktəblilər olimpiadanın keçirilmə tarixində ilk dəfədir ilk 2 və 3-cü yerə çıxa biliblər.
Maestro Schoolun-un parlaq və istedadlı şagirdləri beynəlxalq STEM Olimpiadasında diqqətəlayiq uğurlar qazandılar. Bu tələbələr #texnologiya və #kodlaşdırma sahələrində yüksək göstəricilər əldə edərək uğurları ilə dünyaya səs saldılar. Bunlar Maestro School-un 8-ci sinif şagirdi Nəcəf Cəfərli, 9-cu sinif şagirdi Mirrəhim Mirvəlişli və 10-cu sinif şagirdi Səid Hüseynlidir.
Nəcəf və Mirrəhim #MaestroSchool-da proqramlaşdırma üzrə 1 ilə yaxın, Səid isə 2 ildir ki, tədris alır. Ümumilikdə, Maestro School-un tələbələri aşağıdakı nəticələri göstərmişdilər:
qızıl medal - 7 nəfər
gümüş medal - 16 nəfər
Bürünc medal - 26 nəfər
Fərqlənmə - 47 nəfər.
Tələbələrimiz MAG auditoriyası ilə Maestro School-un STEM sahəsində təhsil və təlimə yanaşması ilə istedadlı gəncləri necə həvəsləndirdiyini və dəstəklədiyini, bu tələbələrin uğurlarının hekayəsini və gələcək hədəflərini bölüşdülər.
"Hello, world!" it`s time to code!
Maestro Company