News

event

18-23 iyul tarixlərində Fransanın paytaxtı Parisdə STEM Grand Final proqramı çərçivəsində Beynəlxalq STEM Olimpiadası keçirilib.

A+
A-

18-23 iyul tarixlərində Fransanın paytaxtı Parisdə STEM Grand Final proqramı çərçivəsində Beynəlxalq STEM Olimpiadası keçirilib. Olimpiadaya 22 ölkədən 500 iştirakçı qatılıb. Proqramda Azərbaycanı "Maestro School"un 16 şagirdindən ibarət heyət təmsil edib.
Qeyd edək ki, STEM Grand Final proqramı Beynəlxalq STEM Olimpiada - Elm, Texnologiya, Mühəndislik, Riyyaziyyat üzrə beynəlxalq olimpiadadı. Bu, məktəblilərin ,gənclərin interaktiv eksperimentləri özündə əks etdirən elm mərkəzlərində imtahana hazırlaşdıqları və imtahan verdikləri STEM əsaslı müsabiqədir. "Maestro School"un 16 şagirdi bütün fənlər üzrə yüksək nəticələr göstəriblər. Proqramlaşdırma, elm, riyaziyyat üzrə müsabiqələrə qatılan azərbaycanlı şagirdlər qızıl, gümüş, bürünc medalları və fərqlmə sertifikatlarına layiq görülüblər. 9 qızıl, 23 gümüş, 7 bürünc medal, 3 fərqlənmə olmaqla ümumilikdə 42 medalla geri dönən məktəblilərimizin Fransada keçirilən Olimpiadada Azərbaycan bayrağını dalğalandırması qürurvericidir.🇦🇿🏆

"Hello, world!" it`s time to code!

Turn off the lights
Contact: +994513002233 [email protected]

Central Bulvar str., 4, Baku, Azerbaijan

Maestro Company

© All rights recerved • 2023 Maestro School LLC